Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsə bilər.
Teleqraf.com-un məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev belə bir ehtimalı nəzərdən keçirəcək.
Onun sözlərinə görə, o, Ukrayna Xarici İşlər Nazirliyindən müvafiq sorğu alıb.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin və “Donetsk və Luqansk Xalq Respublikaları”nın rəhbərləri Moskvanın “DXR” və “LXR”in müstəqilliyini tanıması haqqında sənədlər imzalayıblar. Tərəflər arasında dostluq və əməkdaşlıq haqqında saziş də imzalanıb. Dumanın vitse-spikeri Pyotr Tolstoy bildirib ki, Dövlət Duması və Federasiya Şurası sənədi fevralın 22-də ratifikasiya etməyi planlaşdırır. “DXR” və “LXR” parlamentləri artıq bunu ediblər.