24 Fevral 2022 23:31
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək".

Teleqraf.com“ xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.

"Bir daha təkrar edirəm ki, bizim hərbi qüvvələrimiz Ukraynada Rusiya ilə münaqişəyə cəlb edilməyəcək. Bizim hərbi qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərq cinahdakı müttəfiqlərimizi dəstəkləmək üçün göndərilib", - Bayden telemüraciətində deyib.

ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə danışmaq fikrində olmadığını bildirib.

“Mənim Putinlə danışmaq fikrim yoxdur”.

Amerika rəhbəri həmçinin deyib ki, o, Almaniyaya daha çox ABŞ əsgəri göndərilməsinə icazə verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər