BMT-nin baş katibi Antonio Quterreş sudanlı Amin Avadını BMT-nin Ukraynada böhran üzrə koordinatoru təyin edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə BMT-nin saytında bildirilib.
"Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş sudanlı Amin Avadını Ukraynada böhran üzrə koordinatoru təyin edib", - deyə qeyd olunub.
Bildirilir ki, A.Avad BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsində bir sıra rəhbər vəzifələrdə çalışıb, humanitar məsələlər, strateji fəaliyyət, planlaşdırma və inkişaf sahələrində 30 ildən artıq təcrübəyə malikdir.