Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Amerikanın “The Atlantic” jurnalına verdiyi müsahibədə İsraillə ölkəsi arasındakı münasibətlərdən danışıb.
Teleqraf.com xəbər verir ki, şahzadə İsraili düşmən kimi görmədiklərini bildirib.
“İsraili düşmən kimi görmürük. Əksinə, İsraili bir çox mövzu ilə bağlı maraqlarımız üçün birlikdə çalışa biləcəyimiz potensial müttəfiq kimi görürük. Amma bura gəlməmişdən əvvəl bəzi problemlərin həlli lazımdır”, - Salman deyib.
Şahzadə israillilərlə fələstinlilər arasındakı məsələnin həll olunacağına ümid etdiyini də söyləyib.