“NATO Ukraynadakı vəziyyətin ölkə hüdudlarından kənara yayılmasına qarşıdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
“Biz müdafiə ittifaqıyıq, biz Rusiya ilə münaqişə axtarmırıq. Məqsədimiz münaqişənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almaqdır. Minlərlə əsgər bizim sərhədlərdədir”,- deyə Stoltenberq bildirib.
Baş katib həmçinin bildirib ki, NATO alyansın kolletiv təhlükəsizliklə bağlı 5-ci maddəsinə sadiqdir.