10 Mart 2022 21:43
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Müdafiə naziri Peter Haltqvist bu postda olduğu müddətdə ölkəsinin NATO-ya üzv olmayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu qərarı mövcud duruma görə verdiyini deyib.

İsveçin SVT telekanalına açıqlama verən Haltqvist ötən ilin noyabrında dilə gətirdiyi “Müdafiə naziri olduğum müddətdə İsveç heç vaxt NATO üzvü olmayacaq” fikrini yenidən təsdiqləyib:

“Yenə də eyni fikirdəyəm, “heç vaxt” sözünü işlətmədən eyni sözü deyirəm. Gəldiyimiz vəziyyət mənə “heç vaxt” sözünü işlətməməyi öyrədib”.

Nazir İsveçin yaxınlığındakı bölgələr təhlükəsizlikləri üçün NATO üzvlüyünə isti baxmadıqlarını da deyib: “İsveçin NATO-ya üzvlüyü təhlükəsizlik xəttini kökündən dəyişdirmək deməkdir. Bu, bizə yaxın bölgənin təhlükəsizliyinə təsir edir”.

Haltqvist İsveçin hərbi müdafiəsi üçün bütün zamanların ən böyük büdcəsinin ayrılacağını da bildirib.

İsveç keçən il hərbi müdafiəyə 6.5 milyard dollar büdcə ayırıb. Rusiya-Ukrayna müharibəsindən sonra büdcənin 11 milyard dollara çatdırılacağı açıqlanıb.

Rusiya qonşuları Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu