11 Mart 2022 16:59
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı könüllülərin Ukraynada xüsusi hərbi əməliyyata cəlb edilməsinə baxılmır.

Teleqraf.com xəbər verir ki, bunu cümə günü jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sergey Kujugetoviç (Rusiyanın müdafiə naziri Sergey Şoyqu) əsasən Yaxın Şərqdən, Suriyadan müraciət edənlər haqqında danışıb. Müvafiq olaraq bizim həmvətənlərimizdən söhbət getmir”, - deyə Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin razılığının xüsusi əməliyyata xarici könüllülərin, yoxsa Rusiyadan könüllülərin cəlb edilməsinə şamil olub-olmaması barədə suala cavab olaraq deyib.

Belə planların olub-olmadığına aydınlıq gətirən suala cavab olaraq Peskov əlavə edib ki, ən azı belə fikir səslənməyib”. “Bu barədə mənə heç nə məlum deyil”, - deyə Peskov fikirlərini yekunlaşdırıb.


Müəllif: Səxavət