Martın 12-si günortadan sonra bazar günü səhər saat 06:00-a qədər İstanbulda güclü qar yağacaq.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əhaliyə xəbərdarlıq edib.
AFAD-ın yerli qurumlarıhazır vəziyyətə gətirilib. Soyuq və yağışlı havanın İstanbul başda olmaqla 37 vilayətə təsir göstərəcəyi bildirilib. Əhaliyə zərurət olmadıqca çölə çıxmamaq barədə xəbərdarlıq edilib.
Martın 13-də günorta saatlarından sonra qarın zəifləyəcəyi gözlənilir. Bununla yanaşı nəqliyyatın hərəkətində ləngimələr, buzlama və şaxta kimi neqativlərə qarşı diqqətli və tədbirli olmaq barədə də xəbərdarlıq edilib.
Küləyin sürəti 80 km/saata çatacaq.
Qeyd edək ki, İstanbula yağan güclü qar səbəbindən “Türk Hava Yolları”nın ləğv edilən reyslərinin sayı 407-yə çatıb.
Cümə günü güclü qar hava, dəniz və quru əlaqəsini kəsib. Məktəblərdə və universitetlərdə dərslər ləğv edilib. Görünüşün zəif olması səbəbindən gəmilərin Bosfor boğazı ilə hərəkəti dayandırılıb.
Axşam saatlarında yağan qarın intensivliyinin artacağı gözlənilir.