16 Mart 2022 11:46
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukrayna böhranının həlli yollarının tapılmasında kömək etməyə hazır olduğuna görə Türkiyəyə minnətdardır, Ankaranın balanslı mövqeyini yüksək qiymətləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Yuri Pilipson deyib.

“Bildiyiniz kimi, martın 10-da Rusiya Xarici işlər naziri Sergey Lavrov Antalyada ukraynalı həmkarı Dmitri Kuleba ilə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı və vasitəçiliyi ilə danışıqlar aparıb. Biz Ankaradakı həmkarlarımıza görüşün təşkilinə, Ukrayna böhranının həllinə kömək etməyə hazır olduqlarına görə minnətdarıq”, - Pilipson bildirib.

Nazirlik rəsmisi onu da əlavə edib ki, Moskva türk tərəfdaşlarının balanslaşdırılmış xəttini yüksək qiymətləndirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər