Çin bayraqlı 4 sahil mühafizə gəmisinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiyanın ərazi sularına daxil olduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumatda Çin gəmilərinin Yaponiyanın ərazi sularını pozduğu deyilib.
Gəmilər Tayşo adalarına yaxınlaşıb və iki saata yaxın Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə qalıblar. Gəmilər daha sonra Kubasima adasından 25 kilometr şimal-şərqə üzüblər.
Yaponiya Sahil Mühafizə Xidmətinin xəbərdarlığından sonra Çinə məxsus gəmilər bölgəni tərk ediblər.
Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq 5 adadan ibarətdir.
Heç kimin yaşamadığı arxipelaq uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olur.