Ukrayna ordusunun tank itkiləri rus ordusu ilə müqayisədə xeyli azdır. Bundan əlavə, ukraynalı müdafiəçilər yüzdən çox tank ələ keçirib. Ukrayna ordusu rusların tanklarını ələ keçirməyə davam etdiyi üçün müharibədən əvvəlkindən daha çox tanka sahibdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Forbes nəşri yazır.
Məlumatda qeyd edilir ki, müharibə zamanı Ukrayna ən azı 74 tankını itirib. Rusiya isə Ukraynadakı müharibə zamanı ən azı 274 tankını itirib.
Nəşrin məlumatına görə, Ukrayna müdafiə qüvvələri təxminən 117 rus tankını ələ keçirib, qalanları döyüş meydanında məhv edilib.
Açıq mənbə məlumatlarını öyrənən analitiklər iddia edirlər ki, indi Ukrayna ordusu heç bir yeni texnikadan istifadə etmədən bir aydan artıq 43 tanka sahib ola bilər.
Bu arada ruslar azı 37 Ukrayna tankını ələ keçirib. Bu, təxminən 274 itirilmiş tankı kompensasiya etmək üçün kifayət deyil.