24 Aprel 2022 08:40
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda məlumat verilib.

Quterreş aprelin 25-i Ankaraya gedəcək və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits aprelin 18-də bildirmişdir ki, Türkiyə Ukrayna və Rusiya arasında humanitar danışıqlar üçün dəyərli vasitəçidir.


Müəllif: Teleqraf.com