Rusiya Prezidenti Vladimir Putin bir sıra Avropa ölkələrinə vizaların verilməsində sadələşdirilmiş prosedurun ləğvi haqqında qanun imzalayıb.
Teleqraf.com xəbər verir ki, qanun hüquqi informasiyalar internet portalında yer alıb.
Qanun AB, Danimarka, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrənin bir sıra kateqoriyalı vətəndaşlarına, o cümlədən jurnalistlərə və rəsmi nümayəndə heyətlərinə sadələşdirilmiş vizaların verilməsinin dayandırılmasını nəzərdə tutur.