Finlandiyanın baş naziri Sanna Marin ölkəsinin Şimali Atlantika alyansına daxil olması ilə bağlı qərarın tezliklə veriləcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, baş nazir bu barədə Yaponiyanın biznes qəzeti “Nikkei”yə müsahibəsində danışıb.
“Düşünürəm ki, NATO-ya daxil olmaq qərarı çox yaxın zamanda veriləcək”, - deyə Sanna Marin bildirib.
Həmçinin, Marin hesab edir ki, Ukrayna hadisələri ilə əlaqədar Finlandiya artıq Rusiya ilə əvvəlki kimi münasibətləri davam etdirə bilməyəcək.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarına gəldikləri təqdirdə onlara dəstək vəd etmişdi.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev aprelin 14-də qeyd edib ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq.