15 May 2022 21:12
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) genişlənəcək, bir neçə ildən sonra onun tərkibinə onlarla ölkə daxil olacaq".

Teleqraf.com xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

"Düşünürəm ki, təşkilat genişlənəcək. Biz tezliklə dünya nizamının necə dəyişəcəyini görəcəyik. KTMT döyüşə hazırlığını, sülhsevərliyini nümayiş etdirdi və hesab edirəm ki, bir neçə ildən sonra o, artıq 6 ölkədən ibarət olmayacaq. Onlarla dövlət ona qoşulacaq”, - Xrenin bildirib.

Onun sözlərinə görə, təhdidlər və çağırışlar daim dəyişir: "Əlbəttə, düşünmürəm ki, rəngli inqilablar hardasa aradan qalxsın, terror və narkotik ticarəti, insan alveri və bioloji təhdidlər aradan qalxsın. Bu çağırışlar fonunda təşkilat inkişaf edəcək, müvafiq formasiyalar və yeni hadisələrə qarşı mübarizə aparmalı olan vasitələri müəyyənləşdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər