19 May 2022 17:35
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibə heç vaxt qaçılmaz deyil. Bu ya şüurlu bir qərarın nəticəsidir, ya da onun yoxluğunun. Buna görə də Ukraynada qanlı müharibəyə başlayan Vladimir Putin təcrid olunmalı, “Rus dünyası” ideologiyasına qalib gəlinməli və kökü kəsilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

Moravetski vurğulayıb ki, Mariupoldakı hekatomb və ya Buçada dinc insanların öldürülməsi hamını geosiyasi yuxusundan oyatmalı və köhnə illüziyalardan əl çəkməyə məcbur etməlidir. O qeyd edib ki, beynəlxalq aləmdə “Putinin nüfuzunu xilas etmək” cəhdləri var.

“Necə belə bir şey deyə bilərsiniz? Ya da tamamilə itirilən şeyi “saxlamağa” necə cəhd edə bilərsiniz?”, - Polşa baş naziri vurğulayıb.

Onun sözlərinə görə, indi Rusiyada imperializm və totalitarizmin dinamikasını anlamaq üçün əsas var: “Güzgüdə özünüzə baxmaq və qeyri-müəyyənliklə dolu bir dünyada öz şəxsiyyətinizi tanıtmaq üçün də yaxşı vaxtdır”.

Moravetskinin fikrincə, Ukraynadakı müharibənin paradoksu ondan ibarətdir ki, Ukrayna qalib gəlsə, bu, ilk növbədə onun qələbəsi olacaq, amma uduzsa, bu, hamının məğlubiyyəti və dünyanın sonu olacaq:

“Ona görə də mən Rusiya prezidentini təcrid etməyə çağırıram. Bəli, diplomatiya dialoq tələb edir, amma terrorçularla danışıqlar apara bilmərik”.


Müəllif: Mənsur Rəğbətoğlu