Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) Donetsk vilayətindəki rus qoşunlarının əsas hədəfini açıqlayıb
Teleqraf.com xəbər verir ki, ISW Donetsk vilayətində Rusiya Federasiyasının qoşunlarının iki şəhər - Avdeevka və Liman ərazilərində hücum əməliyyatlarını gücləndirdiyini bildirib.
İnstitutun məlumatına görə, mayın 23-də işğalçılar müəyyən uğur qazana biliblər.
İnstitut bildirir ki, Donetsk bölgəsində rus qoşunları Ukraynanın təchizat xətlərini kəsməyə çalışır. Eyni zamanda, ruslar Avdeevkada artilleriyasını gücləndirib.