25 May 2022 12:07
2 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ərdoğanın Türkiyənin tezliklə Suriyanın şimalında hərbi əməliyyat keçirə biləcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Suriyanın şimalına mümkün əməliyyatının regional sabitliyə zərər verə biləcəyini deyib.

ABŞ rəsmisi Türkiyənin cənub sərhədindəki təhlükəsizlik üçün narahatlıqlar olduğunu anladıqlarını, lakin Suriyanın şimalında yeni əməliyyatın bölgədəki sabitliyini daha da pozacağını və İŞİD-ə qarşı mübarizədə ABŞ əsgərlərini bölgədəki riskə atacağını bildirib.

Qeyd edək ki, Prezident Ərdoğan verdiyi açıqlamada “Cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işin əskik hissəsi ilə bağlı addımlar atırıq. Ölkəmizə və təhlükəsiz zonalarımıza qarşı hücumların, təqiblərin və tələlərin mərkəzi olan ərazilər əməliyyat prioritetlərimizin başındadır. Silahlı Qüvvələrimiz, kəşfiyyat və təhlükəsizlik qüvvələrimiz hazırlıqlarını tamamlayan kimi bu əməliyyatlara başlanılacaq” ifadələrini işlədib.


Müəllif: Nemət