25 May 2022 17:09
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı iş adamı Corc Soros dünyanın gələcəyinin fəlakətli mənzərəsini “çəkib”.

Teleqraf.com xəbər verir ki, Soros Ukrayna müharibəsini açıq cəmiyyətlər və inkişaf etməkdə olan Çin və Rusiya kimi qapalı cəmiyyətlər arasında genişmiqyaslı mübarizənin bir hissəsi kimi qiymətləndirib.

Ukrayna müharibəsinə işarə edən Soros deyib: “Bu, Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bu müharibədən salamat çıxmaya bilər”.

Onun sözlərinə görə, sivilizasiyamızı qoruyub saxlamağın ən yaxşı və bəlkə də yeganə yolu Vladimir Putini mümkün qədər tez devirməkdir.

Soros Putinin hücumun səhv olduğuna inandığını və atəşkəs görüşünə hazırlaşdığını iddia edib: “Ancaq etibar edilmədiyi üçün atəşkəs əldə oluna bilmir. Putin zəiflədikcə daha da gözlənilməz hala gəlir”.

91 yaşlı iş adamı Avropa Birliyinin Putinin təbii qazı kəsə biləcəyi ehtimalını anlamasının lazım olduğunu söyləyib: “Nəticəni təxmin edə bilmərəm, amma Ukraynanın mütləq mübarizə şansı var”.


Müəllif: Mənsur Rəğbətoğlu