27 May 2022 10:43
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyətinin ABŞ-a səfərindən sonra gözlər “F-16” başda olmaqla, həllini gözləyən digər məsələlərə ABŞ-ın hansı münasibət sərgiləyəcəyinə çevrilib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətində olan Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi sədrinin müavini Ahmet Berat Çonkar təmaslarının təfərrüatlarını açıqlayıb.

Çonkar Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin ABŞ Konqresindəki çıxışına baxmayaraq, “F-16”larla bağlı müsbət irəliləyişlərin ola biləcəyini deyib:

“Konqresdə FETÖ, PKK, erməni və yunan kimi əks-təbliğat aparan lobbilərin bu fəaliyyətlərinə qarşı Türkiyənin düşüncələrini, gözləntilərini və Amerikaya münasibətini açıq şəkildə çatdırdıq. ABŞ administrasiyasının “F-16”ların alınması və modernləşdirilməsinə müsbət münasibət bəslədiyini görürük. Mitsotakisin Konqresdəki çıxışına, yunan və erməni lobbilərinin kampaniyalarına baxmayaraq, müsbət irəliləyiş ehtimalı var. Amma Amerikada noyabrda seçkilər keçiriləcək. Həmin seçkilərdə Konqresdəki komitələrin rəhbərlərinin dəyişəcəyi gözlənilir.

Noyabrdan sonra müsbət addımlar atıla bilər. Türkiyə, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tutduğu mövqe və NATO-da oynadığı rolla çox mühüm yerə və əvəzolunmaz mövqeyə malik olduğunu göstərdi. Bu, Konqres üzvlərinə müsbət təsir edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər