Avropa Birliyi İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının internet vasitəsilə keçirdiyi propangandalara qarşı internet saytı yaratmağa hazırlaşır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Almaniya Daxili İşlər Naziri tərəfindən təqdim ediləcək layihənin bütün dillərdə hazırlanacağı bildirilir.
Saytda İŞİD-in çağırışlarına və təbliğatına qarşı ciddi faktların önə sürüləcəyi gözlənilir.
Samir