13 İyun 2022 10:00
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaporojyedə əks-hücuma keçən Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində 5-10 km irəliləyərək bir sıra əraziləri azad edib.

Teleqraf.com xəbər verir ki, bunu Melitopol şəhərinin meri İvan Fyodorov deyib.

“Son iki həftədə biz, melitopollular üçün iki çox mühüm hadisə baş verib. İlk növbədə, bu, Silahlı Qüvvələrimizin bilavasitə Xerson vilayətində, Xerson istiqamətində əks-hücumu ilə bağlıdır. İkincisi Zaporojyedən Melitopol istiqamətində baş verənlərlə əlaqədardır. İki həftə ərzində qüvvələrimiz Melitopol şəhərinə doğru 5 km-dən 10 km-ə qədər irəliləyib”, - mer bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu