24 İyun 2022 20:59
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pekin Kremllə sıx əməkdaşlığına davam etsə də, Çinin böyük şirkətləri Qərb sanksiyalarına görə Rusiya ilə əməkdaşlıqda ehtiyatlıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Məqalədə Rusiya-Ukrayna müharibəsi ətrafındakı gəlişmələrə diqqət çəkilib:

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı apardığı işğalçı müharibədə müttəfiq qazana bilməyib. Onun hərbi əməliyyatda yeganə müttəfiqi Belarus Prezidenti Aleksandr Lukaşenkodur ki, o da ordusunun Ukraynaya müdaxiləsindən çəkinir. Çünki bu müharibənin ədalətsiz olduğunu Lukaşenko da daxilən anlayır, sadəcə səsini çıxarmağa qorxur.

Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, Ukrayna müharibəsində Rusiyadan məsafə saxlayır. Putinin böyük dövlətlərdən əsas ümidi Çinədir.

Buna baxmayaraq, Putin Sankt-Peterburqda keçirilən iqtisadi forumda Pekinin siyasətindən danışarkən ehtiyalı cümlələr işlədib:

“Rusiya hesab etmir ki, Çin hər bir məsələdə bizimlə həmrəy olmalıdır. Çinlə əməkdaşlıq həm maraqlı, həm də faydalıdır. Aramızda dostluq əlaqələri var. Buna baxmayaraq, böyük dövlət olan Çinin fərqli maraqları ola bilər və Pekin bu maraqlar əsasında siyasət yürüdür. Çin lideri Si Cinpinlə dostluq münasibətlərimiz var”.

Putin bununla demək istəyib ki, Kreml Çinin bəzən fərqli addımlarından narahat deyil. Pekin Kremllə sıx əməkdaşlığına davam etsə də, Çinin böyük şirkətləri Qərb sanksiyalarına görə Rusiya ilə əməkdaşlıqda ehtiyatlıdır. Görünür, Putin bunu nəzərdə tutub. Ancaq Rusiya prezidenti çıxışında həm də onu deyib ki, iki dövlət arasında ticarət mübadiləsi ilbəil artır və Kreml bunu müsbət qiymətləndirir.

Putin Çini tərifləməyi də unutmayıb: “Çoxqütblü dünyaya doğru gedirik və bu dünyada Çin iqtisadi liderdir”.

Bununla Putin Çinin iqtisadi baxımdan Rusiyadan da güclü dövlət olduğunu etiraf edib”.

Təhlildə Rusiya liderinin Hindistanla bağlı fikirlərinə də toxunulub:

Putin “balans” pozulmasın deyən çıxışında Hindistanı da xatırladıb:

“Hindistanda 1 milyard 300 milyon insan yaşayır. Bu, böyük potensialdır. Hindistan Baş naziri Narendra Modi proqressiv siyasətçidir”.

Putinin tərifinə baxmayaraq, Dehli Vaşinqtonun formalaşdırdığı “Dördlük” formatında, yaxud ABŞ-Avtstraliya-Yaponiya-Hindistan blokunda yer alıb”.


Müəllif: Mənsur Rəğbətoğlu