28 İyun 2022 22:18
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə bəraət verilib.

Teleqraf.com xəbər verir ki, eks-prezident 2020-ci ilin payızında Bişkekdə baş vermiş kütləvi iğtişaşların təşkilində təqsirləndieilirdi.

Məhkəmədə onun təqsiri sübuta yetirilməyib.

Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri - Qırğızıstanın keçmiş daxili işlər naziri Kursan Asanovu və prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu da təqsirsiz hesab edib.

Qeyd edək ki, prokuror Almazbek Atambayevə 12 il həbs cəzası təklif edirdi.


Müəllif: Teleqraf.com