4 İyul 2022 23:08
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Çikaqo bölgəsində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı atışma olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Chicago Sun-Times” nəşri məlumat yayıb.

"Highland Park" adlanan bölgədə baş verən hadisədə 6 nəfər ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxsin kimliyi məlum deyil. Yerli WGN telekanalı bildirib ki, atəş açan şəxs evlərdən birinin damında olub.


Müəllif: Teleqraf.com