5 İyul 2022 18:15
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynadakı hərbi əməliyyatı Prezident Vladimir Putinin qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, prioritetlər Rusiya hərbçilərinin həyat və sağlamlığının qorunması və mülki şəxslər üçün təhlükələrin istisna edilməsidir.

Şoyqu qeyd edib ki, Rusiya hərbçiləri Luqansk tam işğal edildikdən sonra da dayanmaq fikrində deyil: “Xüsusi hərbi əməliyyat ali baş komandanın qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər davam edəcək”.

Nazir ordunun qarşısına daha hansı missiyanın qoyulduğunu açıqlamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu