6 İyul 2022 20:11
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nukusdakı iğtişaşların xarici qüvvələr tərəfindən “illərlə hazırlandığını” deyib.

Teleqraf.com "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, Mirziyoyevə görə, məqsəd Özbəkistanı parçalamaqdır.

“Təbii ki, bu tədbirlər bir gündə, on gündə təşkil olunmayıb. Bu aksiyalar illərdir xarici qüvvələr tərəfindən hazırlanıb. Onların əsas məqsədi Özbəkistanın ərazi bütövlüyünə qəsd etmək və millətlərarası münaqişə yaratmaqdır”, - deyə respublika rəhbəri bildirib.

Prezident həmçinin qeyd edib ki, hadisənin araşdırılması prosesinə ictimaiyyət nümayəndələri, deputatlar, vətəndaş fəalları cəlb edilməlidir.

Mirziyoyevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının da hərəkətlərini yoxlamaq lazımdır. Onların qanunsuz hərəkətləri olduqda, cinayət məsuliyyətinə cəlb etmək lazımdır.

Prezident həmçinin aydınlaşdırıb ki, hazırda Qaraqalpaqstanda iqtisadiyyatın sahələri işləyir və “insanlar gündəlik işlə və ev işləri ilə məşğuldur”.

İyunun 1- də Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərə etiraz olaraq aksiyaya çıxıblar. Onların arasında regionun indi təsbit olunmuş suverenliyindən məhrum edilməsi də var. Qeyd olunur ki, qaraqalpaqlar ölkənin əsas qanununun 70-75-ci maddələrinə edilən dəyişikliklərə görə onların regionunun suverenliyini və Özbəkistandan ayrılmaq hüququnu itirməsi ilə nəticələnib.

İyunun 4-də Özbəkistan parlamenti Qaraqalpaqıstanın ölkə tərkibində suveren respublika statusunun saxlanılması barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com