28 İyul 2022 14:10
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər İsrail kəşfiyyatı “Mossad”a rəhbərlik edən, 42 il İsrail ordusu və kəşfiyyatında bir çox vəzifələrdə çalışmış general Denni Yatom Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı şərhi maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, İsrail xüsusi təyinatlılarına komandanlıq etdikdən sonra “Mossad”a səkkiz il rəhbərlik edən Yatom Yunanıstan mətbuatına danışıb.

Onun fikrincə, Türkiyə prezidenti 2023-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar yanaşmasını dəyişmək istəyir: "Bu səbəbdən o, İsraillə yaxınlaşmağa başlayıb. Son 15 ildə ilk dəfə Türkiyənin xarici işlər naziri İsrailə, İsrail prezidenti də Türkiyəyə səfər etdi. Münasibətlərimiz yumşalır”.

Yatom edib ki, İsraillə müsbət əlaqələrin qurulması Türkiyənin dünya səviyyəsində qəbuluna daha da müsbət təsir edəcək.


Müəllif: Nemət