11 Avqust 2022 22:27
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İranla nüvə sazişinə qayıtmamalıdır, əks halda, bu, böyük səhv olardı”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib.

“Hesab edirəm ki, administrasiyanın (ABŞ hökumətinin) 2015-ci il nüvə sazişinə qayıtmaq üçün yalvarması böyük səhvdir. Hökumət Vyanada diz çökərək razılaşmaya qayıtmaq üçün yalvarır ki, bu da təkcə İranın deyil, həm də dünyanın qarşısında zəif görünmək deməkdir”, - Bolton bildirib.

ABŞ-da Con Boltona qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən İran vətəndaşına qarşı cinayət işi açılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü keçmiş milli təhlükəsizlik müşavirini öldürməyə cəhddə ittiham olunur. 45 yaşlı Şəhram Pursəfinin “Qüds” qüvvələrinin komandiri Qasım Süleymaninin qisasını almaq üçün Boltonu qətlə yetirməyə cəhddə şübhəli bilinir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər