19 Avqust 2022 15:27
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi qüvvələri Xerson vilayətində Rusiya hərbçilərinin yeni bərpa etdikləri Kaxov körpüsünü vurublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Xerson vilayəti Regional Komandanlığının rəis müavini Sergey Xlan məlumat verib.

Onun sözlərinə görə, “Cənub” Əməliyyat Komandanlığı Ukrayna Silahlı Qüvvələrinin rusların Kaxov körpüsünün təmiri və istifadəsi planlarını məhv etdiyini rəsmən təsdiqləyib.

“Rusların bizə dedikləri Antonovskinin “kəşfini” gözləyirik”, - Xlan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu