31 Avqust 2022 16:02
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva və Sankt-Peterburqda işğal etdikləri Krım yarımadasının mühafizəsini gücləndirmək üçün kütləvi səfərbərlik keçirməyi planlaşdırırlar”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Feysbuk sosial şəbəkəsində məlumat yayıb.

“Moskva və Leninqrad vilayətlərinin, o cümlədən Moskva və Sankt-Peterburqun hərbi komissarlıqları yerli sakinlərin kütləvi şəkildə hərbi xidmətə çağırılması ilə bağlı göstərişlər alıblar”, - məlumatda deyilir.

Bundan əlavə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrinin doldurulması və Krım yarımadasının müdafiəsinin gücləndirilməsi məqsədilə Cənub Hərbi Dairəsinin komandanı, general-leytenant Aleksandr Dvornikov 1200 çağırışçının göndərilməsinə qərar verilib.


Müəllif: Nemət

Oxşar xəbərlər