“Ukrayna ordusu düşmənin strateji təşəbbüsünün qarşısını alıb, amma strateji dönüş nöqtəsi hələ çox uzaqdadır. Çünki ruslar kifayət qədər böyük qüvvə ehtiyatına malikdir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petro Çernik deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya məğlubiyyəti Prezident Vladimir Putinə baha başa gələcək: “Düşmənin Ukraynada hərbi məğlubiyyəti Rusiyanın dağılmasına səbəb ola bilər”.
Çernik bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının strateji təşəbbüsünün qarşısını alıb:
“Düşmən artıq öz hərbi əməliyyatlarının məntiqini bizə sırıya bilmir. Təşəbbüsün artıq bizdə olmasının əlaməti yorğun rus hərbçilərinin “siqaret fasiləsi”nə çıxması və Krımdakı hərbi hərəkətlənmədir. Bununla belə, fikrimcə, strateji dönüş nöqtəsi hələ çox uzaqdadır”.