7 Sentyabr 2022 08:00
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə səfər dəvətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin Ofisi məlumat yayıb.

“Baş nazir qarşıdakı günlərdə Zelenski ilə işləməyi səbirsizliklə gözlədiyini və Ukraynaya səfər dəvətini məmnuniyyətlə qəbul edib”, - Trassın ofisindən bildirib.

“Bu axşam Ukrayna Prezidenti Zelenski ilə danışdım. Ukraynada azadlıq və demokratiyaya sarsılmaz dəstəyimizi bir daha təsdiqlədik. Rusiyanın enerjini silahlandırmaq cəhdləri Qərbi çəkindirməməlidir. Ukrayna uzunmüddətli perspektivdə Böyük Britaniyanın dəstəyinə arxalana bilər”, - Liz Trass sosial şəbəkə hesabında yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər