7 Sentyabr 2022 11:45
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinə qarşı təxribatçı addımlar atan Yunanıstanla bağlı açıqlamasına ABŞ-dan ilk açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada hər iki NATO üzvü aralarındakı gərginliyi diplomatik yolla həll etməyə çağırılıb.

“Rusiyanın suveren Avropa dövlətini işğal etdiyi bir vaxtda NATO müttəfiqləri arasında gərginliyi artıra biləcək bəyanatların heç bir faydası yoxdur. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir. Birləşmiş Ştatlar NATO müttəfiqlərimizi regionda sülh və təhlükəsizliyi qorumaq və fikir ayrılıqlarını diplomatik yolla həll etmək üçün birgə işləməyə təşviq etməkdə davam edir”, - açıqlamada qeyd edilib.

Bununla belə, ABŞ Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemi ilə Aralıq dənizində NATO missiyasını yerinə yetirən Türkiyənin F-16 təyyarələrinə təcavüz etməsinə hələ də səssiz qalır.

Yunanıstanın türk təyyarələrinə müdaxiləsinə reaksiya verən Prezident Ərdoğan demişdi:

“Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstan üçün bircə cümləmiz var, İzmiri unutma. Adaların işğalı önümüzü kəsə bilməz, yeri gələndə nə lazımdırsa edəcəyik. Əgər demişiksə ki, bir gecə qəfil gələ bilərik - gələrik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər