Ağ Ev sözçüsü Karin Jan-Pyer BMT Təhlükəsizlik Şurasında Rusiyanın assimilyasiya kampaniyaları ilə bağlı iclas keçirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Jan-Pyer Kremlin ukraynalıları həbs etmə, köçə məcburetmə kimi addımlar atdığını deyib.
“Əlimizdəki kəşfiyyat məlumatlarına görə, Rusiyanın şərq və qərbində konsentrasiya düşərgələri var, orada minlərlə ukraynalını saxlayırlar, sorğu-suala çəkirlər, təhqir edirlər”, - Ağ Evin sözçüsü bildirib.
Jan-Pyer bu düşərgələr haqda əvvəllər Amerika mediasında da məlumat verildiyinə diqqət çəkib:
“BMT-dəki daimi nümayəndəmiz Linda Tomas Qrinfild Rusiya hökumətinin belə bir assimilyasiya əməliyyatları apardığına dair Təhlükəsizlik Şurasına hesabat təqdim edəcək”.
Ağ Ev sözçüsü Kremlin bu fəaliyyətlərinin Ukraynanı ilhaq etmək üçün atılan addımların bir hissəsi olduğunu söyləyib.