ABŞ Prezidenti Cozef Bayden 11 sentyabr terroru qurbanlarının anım mərasimində iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin tviter səhifəsində məlumat verilib..
"Bu gün Prezident Bayden Pentaqonda 11 sentyabr hadisələri qurbanlarının anım mərasimində iştirak edib. 21 il əvvəl Nyu-Yorkda, Şanksvildə, Pensilvaniyada və Pentaqonda bizdən oğurlanan 2 977 qiymətli həyatı heç vaxt unutmayacağıq", - deyə paylaşımda qeyd olunub.