8 Dekabr 2014 12:09
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasının Şimali Kivu bölgəsinə silahlı şəxslər hücum edib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlarda 34 nəfər dinc sakinin öldüyü bildirilir. Rəsmilər gecə saatlarında üzü maskalı şəxslərin Beni şəhəri yaxınlığındakı 2 qəsəbəyə basqın etdiyini və ölü sayının arta biləcəyini qeyd edirlər.

Xatırladaq ki, Benidə 2 aydır davam edən terror hücumları zamanı ən azı 250 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər