Ukraynanın raket və artilleriya bölmələri 280-ə yaxın atəş missiyasını yerinə yetirib, o cümlədən 18 rus hərbçisi, qarşı tərəfin haubitsaları və tankları məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı bildirir.
Qeyd olunur ki, rus ordusu 2 tank və zirehli texnikanın 2 bölməsi, həmçinin 3 iriçaplı “Msta-B” haubitsasını itirib.
“Raket və artilleriya bölmələri təxminən 280 atəş missiyasını yerinə yetirib, o cümlədən Berislav və Nova Kaxovkada 2 komanda məntəqəsi, Xerson və Kaxovski rayonlarında cəmləşən texnika, Berislavskda sursatla təchiz olunmuş birləşmə əsas hədəf olub”, - məlumatda deyilir.