Rusiya əsirliyindən azad edilən “Azovstal”ın komandirləri Türkiyədə tibbi müayinədən keçirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə özünün Telegram -kanalında Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.
"Bu gün mən əsirlikdən azad edilmiş, hazırda Türkiyədə olan "Azovstal" komandirləri ilə şəxsən danışa bildim. Qəhrəmanlarımızın hər biri ilə söhbət zamanı onların vəziyyətini öyrəndim. Hamı döyüş əhval-ruhiyyəsindədir. Onlar tibbi müayinələrdən keçirlər, durumları hərtərəfli yoxlanılır”, - deyə o qeyd edib.