Rusiyada qismən hərbi səfərbərlikdən imtina edən kişilər ölkədən çıxmaq üçün əsasən Gürcüstan sərhəd məntəqəsində üz tuturlar.
Teleqraf.com xəbər verir ki, bu gün Yuxarı Lars keçid məntəqəsində kilometrlərlə növbə yaranıb, vəziyyət gərgin olaraq qalır.
Qeyd olunur ki, "işbazlar" əsasən yaşı 30-dan aşağı olan rus kişiləri pulla sərhədə gətirirlər.
Qeyd edək ki, Rusiyada elan edilən səfərbərliyə görə xeyli insan həm hava, həm də quru yolu ilə ölkəni tərk etməyə başlayıb.