26 Sentyabr 2022 14:14
2 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərqin Qərb üzərində ilk və böyükmiqyaslı qələbəsinə məhz monqollar imza atıblar”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert Rusiya prezidentinin Novqorod şəhərinə səfərinə diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik qərarını elan edib, Qərb ölkələrini nüvə silahı ilə hədələdiyi gün Velikiy Novqorod şəhərinə səfər etdi. Düşünmək olar ki, bu səfərdə bir rəmz, gizli mesaj var.

Novqord Çingiz Xanın nəvəsi Batı xanla müqavilə bağlayıb salamat qalan yeganə böyük rus şəhəri olmuşdu. Həmçinin Novqorod Qızıl Ordanın dayaqlarından sayılır, onun vassalı kimi hakmiyyətini qoruyurdu. Novqorod həm də monqol dövlət quruluşu və ənələrinin indiki Rusiya ərazisinə yayılmasında əsas ötürücü idi.

Ola bilsin ki, Putin monqolların irsini daşıdıqlarının və səkkiz əsr əvvəl Çigiz Xanın övladlarının Qərb üzərində qələbələrinə işarə vurub. Şərqin Qərb üzərində ilk və böyükmiqyaslı qələbəsinə məhz monqollar imza atıblar”.

Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan olunub.


Müəllif: Mənsur Rəğbətoğlu