Odessa vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri səhər saatlarında İranın üç kamikadze dronunu vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Sentyabrın 27-də səhər saat 8 radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiəsi Odessaya hücum edən üç “Şahed-136” kamikadze pilotsuz uçan aparatını məhv edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna qüvvələri dronlara qarşı effektiv üsullar axtarır və kamikadze dronların məhv edilməsində getdikcə daha çox təcrübə toplayır.