28 Sentyabr 2022 13:33
3 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş ideyasını dəstəkləyir, lazım gələrsə, belə bir görüş üçün platforma təqdim etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

O, həmçinin bildirib ki, Rusiya belə bir görüşün səmərəli olacağına inanır, çünki söhbət təmasların bərpasından gedir.

Boqdanov qeyd edib ki, hələlik bu yöndə yalnız xüsusi xidmət orqanları və müdafiə nazirlikləri səviyyəsində əlaqələr var.

Rusiyalı diplomat qeyd edib ki, Moskva həmişə Ankara və Dəməşqi danışıqlar masasına oturmağa və müəyyən məsələlərdə təmas nöqtələri tapmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər