28 Sentyabr 2022 16:30
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi Yunanıstandan ölkəyə keçməyə çalışan iki terrorçunun “Sərhəd Qartalları” tərəfindən yaxalandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada ələ keçirilən şəxslərin PKK terrorçuları olduqları bildirilib.

“Sərhədlərimizin təhlükəsizliyi üçün öz xidməti borcunu yerinə yetirən “Sərhəd Qartalları”mız qeyri-qanuni yollarla Yunanıstandan Türkiyə ərazisinə sızmağa çalışan 2 nəfəri yaxalayıblar. Dindirilmədə həmin şəxslərdən birinin PKK/YPG-PYD-yə mənsub terrorçu olduğu müəyyən edilib”, - açıqlamada vurğulanıb.

Bundan əvvəl PKK terror təşkilatının Yunanıstanın paytaxtı Afinadan təxminən 1 saatlıq uzaqlıqdakı Lavrion qəsəbəsindəki qaçqın düşərgəsindən qərargah olaraq istifadə etməsinin görüntüləri yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu