2 Oktyabr 2022 22:08
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün müharibənin sonuna qədər Kiyevə ayda 1,5 milyard dollar yardım ayıracaq. Vaşinqton Avropanın da bu prosesə qoşulmasına çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ağ Evin gələn həftə Ukraynaya yardımla bağlı keçiriləcək sammit öncəsi avropalı tərəfdaşlarla mövzu ətrafında danışıqlar apardığı bildirilir.


Müəllif: Teleqraf.com