6 Oktyabr 2022 00:39
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli müdafiə naziri Hulusi Akar Böyük Britaniyada səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər Böyük Britaniya müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə baş tutub.

Akar səfər zamanı həmkarı ilə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadiləsi aparacaq.

Bundan əlavə müdafiə sənayesi şirkətləri ilə danışıqların aparılması planlaşdırılıb.


Müəllif: Teleqraf.com