9 Dekabr 2014 15:06
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bu ilin iyunundan Ukrayna daxili bazarlarına dayandırdığı qazın ixracına başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu “Ukrtransgaz” şirkətinin mətbuat katibi Maksim Belyavski bildirib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında “qış paketi” mövzusunda razılaşdırılmış bu addım 1 milyard kub metrlik qarşılığında 378 milyon dollar ödəməsindən sonra mümkün olub. Belyavski Rusiyadan gündəlik 43,5 milyon kub metrlik daşınmanın həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, Moskva iyun ayında 5,3 milyard dollarlıq borcunu ödəmədiyinə görə Ukraynaya satılan qazın ixracını dayandırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər