12 Oktyabr 2022 11:21
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb hərbçilərinin Rusiyanın nüvə silahından istifadə etməsini vaxtında aşkar edəcəyinə yüz faizlik zəmanət yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın elektron kəşfiyyat xidmətinin (GCHQ) rəhbəri Ceremi Fleminq deyib.

“Düşünürəm ki, müttəfiqlərimizlə bunu aşkar etmək üçün yaxşı şansımız olacaq, amma təbii ki, bu sahədə heç vaxt təminat yoxdur. Ümid edirəm ki, Rusiyanın nüvə doktrinasını və Putinin yanaşmasını nəzərə alaraq, bu barədə vaxtından əvvəl xəbərdar olacağıq, amma hesab edirəm ki, istifadə olunan ritorika narahat olmaq üçün ciddi əsas yaradır”, - xidmət rəhbəri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər