14 Oktyabr 2022 11:21
2 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunlarının Ukraynadakı hücumu döyüş bölgələrində əhval-ruhiyyənin, nizam-intizamın və döyüş qabiliyyətinin pisləşməsi səbəbindən dayandırıla bilər. Rus bölmələri Donetskdə, xüsusən Baxmutda nisbətən kiçik və önəmsiz yaşayış məntəqələrini saxlasa da, deqradasiyaya uğrayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında deyilir.

İnstitutun ekspertlərinin fikrincə, Rusiya bölmələri tənəzzül vəziyyətindədir:

“Bu bölmələrin fərqli döyüş qüvvələri ilə birləşdirilməsi ehtimalı var. Bu da hücum əməliyyatlarının aparılmasında ruh düşkünlüyü və uyğunsuzluğa gətirib çıxarır.

Rusiyanın yeni əraziləri ələ keçirmək cəhdləri əhval-ruhiyyənin aşağı düşməsinə və döyüş qabiliyyətinin tükənməsinə daha çox təkan verir. Bundan əlavə, Rusiyanın hərbi elitası arasında fikir ayrılıqları davam edir”.

Bu arada, Ukrayna qoşunları Luqansk vilayətinin Svatove şəhərinin şimal-qərbinə doğru irəliləyib. Öz növbəsində, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Kreminnaya mümkün hücumundan ehtiyat edərək şərq istiqamətində müdafiə əməliyyatlarını davam etdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər