“İsrailin Ukraynaya silah vermək niyyəti səhvdir, bu addım Rusiya ilə dövlətlərarası münasibətləri pozacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“İsrail Kiyev rejimini silahla təmin edəcəkmiş kimi görünür. Çox ehtiyatsız hərəkət olardı. Bu, ölkələrimiz arasında bütün dövlətlərarası münasibətləri məhv edəcək”, - Rusiya rəsmisi bildirib.
Eyni zamanda Medvedyev qeyd edib ki, ukraynalıların qəhrəmanları da nasist olub:
“Onların müasir davamçılarının simvollarına baxın. Əgər onlar silahla təmin olunurlarsa, o zaman İsrailin Bandera və Şuxeviçi öz qəhrəmanları elan etməsinin vaxtı çatıb”.
Bundan əvvəl İsrailin diasporlarla iş üzrə naziri Naxman Şay təklif edib ki, ölkəsi ABŞ və digər NATO-ya üzv dövlətlərdən nümunə götürərək Ukraynaya hərbi yardım göstərməyə başlamalıdır. O, bu qərarın İranın Rusiyaya pilotsuz uçan aparatlar verməsi fonunda vacib olduğuna diqqət çəkib.